Türkiyədə deputatın oğlu qala divarından yıxılaraq ölüb - YENİLƏNİB

Türkiyədə deputatın oğlu qala divarından yıxılaraq ölüb - YENİLƏNİB Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) sədrinin müavini, millət vəkili Semih Yalçının oğlu Turan İlteber Yalçının Ankara qalasından yıxılaraq ölməsi ilə əlaqədar 3 nəfər şübhəli şəxs kimi saxlanılıb.
Region
17 Oktyabr , 2019 16:16
Türkiyədə deputatın oğlu qala divarından yıxılaraq ölüb - YENİLƏNİB

Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) sədrinin müavini, millət vəkili Semih Yalçının oğlu Turan İlteber Yalçının Ankara qalasından yıxılaraq ölməsi ilə əlaqədar 3 nəfər şübhəli şəxs kimi saxlanılıb.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, T.İ.Yalçın 2-si qadın olmaqla 3 dostu ilə birlikdə Ankara qalası ətəyində quş saxlayan dostu Arif Fidanboyun yanına gedib. 

Dostlar orada bir müddət söhbətləşdikdən sonra şəhər mənzərəsini seyr etmək üçün qalanın divarlarına çıxıblar. Turan İlteber Yalçın və Arif Fidanboy hələlik məlum olmayan səbəblərdən tarazlıqlarını itirərək 70 metr yüksəklikdən qayıqların üstünə düşüblər. MHP-li deputatın oğlu hadisə yerində dünyasını dəyişib. 

A.Fidanboy yaralı halda xəstəxanaya yerləşdirilib. Onun səhhətinin ağır olduğu bildirilir.

Faktla bağlı Ankara polisi və prokurorluğunda araşdırmalar davam etdirilir. 


*** 11:05

Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) sədrinin müavini, millət vəkili Semih Yalçının oğlu Turan İlteber Yalçın Ankara qalasından yıxılaraq ölüb.

“Report” xəbər verir ki, məlumatı “Hurriyet” yayıb.

Ötən gecə Türkiyə bayrağının olduğu Ankara qalasından iki nəfər yıxılıb. Hadisə yerinə polis əməkdaşları və xilasedicilər cəlb edilib. 

Araşdırma zamanı gənclərin 70 metr hündürülükdən düşdükləri məlum olub. Onlar yıxılan zaman qayalara çarpılıblar. Nəticədə gənclərdən bir ölüb, digəri yaralanıb. 

Ölən gənc MHP sədrinin müavini Semih Yalçının oğludur. Yaralı gənc dövlət xəstəxanasına yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi