Yuxarı
    Bağlamaq

    ​Türkiyədə demokratiyaya dəstək mitinqinə 5 milyona qədər adam qatılıb

    İştirakçıların sayını quş uçuşundan çəkilən fotoların təhlili sayəsində hesablamaq mümkün olub

    Bakı. 7 avqust. REPORT.AZ/ İstanbulun Yeniqapı meydanında keçirilən "Demokratiya və şəhidlər mitinqi"nə 5 milyon nəfərə qədər adam qatılıb.

    "Report" "Anadolu"ya istinadən xəbər verir ki, Türkiyənin təhlükəsizlik qurumlarındakı mənbənin məlumatına görə, aksiya iştirakçılarının sayı tədbirin təhlükəsizliyini təmin edən polis vertolyotlarından çəkilən fotoların təhlili sayəsində mümkün olub.

    Aksiya iştirakçılarının ərazinin bir kvadratmetrinə düşən təqribi sayının hesablanması sayəsində məlum olub ki, ümumilikdə mitinqə ölkənin 5 milyona qədər sakini gəlib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi