Bakı. 19 avqust. REPORT.AZ/ Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı istintaq-əməliyyat tədbirlərii çərçivəsində Türkiyənin UNESCO yanındakı keçmiş daimi nümayəndəsi Gürcan Balık tutulub.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, onun həbsi barədə qərarı Ankara Prokurorluğu verib.
G.Balık vaxtı ilə Türkiyənin 11-ci prezidenti Abdullah Gülün və sabiq baş nazir Əhməd Davudoğlu xarici işlər naziri olduğu dövrdə onların müşaviri vəzifələrində də çalışıb.
Məlumatda onun Əhməd Davudoğlunu Türkiyənin xarici işlər naziri olduğu dönəmdə ABŞ-da Fətullah Gülənlə də görüşünü təşkil etdiyi bildirilib. Bu baxımdan Gürcan Balıkı Davudoğlunun "sağ əli"də adlandırırlar.