Türkiyədə daha bir hərbçi dövlət çevrilişi cəhdinin qarşısını ala bilmədiyinə görə intihar edib

Türkiyədə daha bir hərbçi dövlət çevrilişi cəhdinin qarşısını ala bilmədiyinə görə intihar edib Bu, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının xidmət taborunun komandanı, polkovnik-leytenant Hasan Yüceldir
Region
29 İyul , 2016 12:25
Türkiyədə daha bir hərbçi dövlət çevrilişi cəhdinin qarşısını ala bilmədiyinə görə intihar edib

Bakı. 29 iyul. REPORT.AZ/ Türkiyədə daha bir hərbçinin dövlət çevrilişi cəhdinin qarşısını ala bilmədiyinə görə intihar etdiyi məlum olub.

"Report" "Milliyet" qəzetinə istinadən xəbər verir ki, bu, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının xidmət taborunun komandanı, polkovnik-leytenant Hasan Yüceldir. 

Hərbçi iyulun 15-dən 16-na keçən gecə baş verən hadisələr zamanı Baş Qərargahda olub və bundan ciddi mənəvi sarsıntı keçirib. Nəticədə H.Yücel iyulun 20-də səhər saatlarında iş otağında xidməti tapançasından ürəyinə atəş açaraq özünü öldürüb.

Qeyd edək ki, bundan əvvəl daha iki polkovnik-leytenant eyni səbəbdən intihar edib. Bunlar Türkiyə Silahlı Qüvvələrinin Siirt şəhərində yerləşən 3-cü Desant Briqada Komandanlığının qərargah rəisinin müavini Levent Önder və İsmail Çakmakdır. Sonuncusu Silivri həbsxanasında özünü öldürüb. 

Son xəbərlər

Orphus sistemi