Yuxarı
    Bağlamaq

    Türkiyədə daha 2 general saxlanılıb - YENİLƏNİB

    Bunlar ordu generalı Mehmet Şanver və general-mayor Atilla Darendelidir

    Bakı. 20 iyul. REPORT.AZ/ Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq çərçivəsində daha bir general saxlanılıb. 

    "Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, saxlanılan şəxs general-mayor Atilla Darendelidir. 

    Türkiyəli komandan Eskişehirdə saxlanılıb və hazırda istintaqı davam edir. 

    *** 14:29

    Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq çərçivəsində daha bir general saxlanılıb. 

    "Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, saxlanılan şəxs İstanbulda qızının toyunda Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı Abidin Ünalla birlikdə qiyamçılar tərəfindən helikopterlə qaçırılan və daha sonra sərbəst qalan ordu generalı Mehmet Şanverdir. 

    Türkiyəli komandan Eskişehir Baş Prokurorluğunun göstərişi ilə saxlanılıb. Onun Eskişehir Şəhər Polis İdarəsində istintaqının davam etdiyi bildirilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi