Türkiyədə daha bir general saxlanıb

Türkiyədə daha bir general saxlanıb Bu, Hərbi Hava Məktəbinin komandanı, general-mayor Fatih Alpaydır
Region
18 İyul , 2016 14:05
Türkiyədə daha bir general saxlanıb

Bakı. 18 iyul. REPORT.AZ/ Türkiyə Hərbi Hava Məktəbinin komandanı, general-mayor Fatih Alpay saxlanıb. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu gün səhər saatlarında Türkiyədə hərbi çevrilişə cəhdlə bağlı Hərbi Hava Məktəbində əməliyyat keçirilib.

İstanbul Terrorla Mübarizə Şöbəsinin əməkdaşları Yeşilköydəki Hərbi Hava Məktəbinə gedib. Çevik qüvvə və xüsusi təyinatlı polis işçilərindən ibarət qruplar, rəsmi və mülki maşınlar binanın ərazisinə daxil olublar. Məktəbdə və yataqxanalarda axtarış aparılıb.

Son xəbərlər

Orphus sistemi