Bakı. 11 oktyabr. REPORT.AZ/ Türkiyədə daha bir inzibati ərazi vahidinin adı dəyişdirilib.
"Report" "Habertürk"ə istinadən xəbər verir ki, Maraşdan sonra daha bir yerə Kahraman ismi verilib.
Məlumata görə, Türkiyənin paytaxtı Ankara şəhərinin Kazan rayonu bundan sonra Kahramankazan adlanacaq.
Eyni zamanda, 15 iyul da bundan sonra qeyri-iş günü olacaq.
Ölkənin Baş naziri
Qeyd edək ki, bu il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə uğursuz cəhd olub. Nəticədə 250 nəfər şəhid olub, 2000-dən çox insan yaralanıb.