Bakı. 30 oktyabr. REPORT.AZ/ Türkiyənin Balıkesir Böyükşəhər Bələdiyyəsinin sədri Ahmet Edib Uğur istefa verib.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, o, keçirdiyi mətbuat konfransında partiya sıralarını da tərk etdiyini açıqlayıb.
Qeyd edək ki, Türkiyədə hakim Ədalət və İnkişaf Partiyası (AKP) Ankara, Bursa və Balıkesir bələdiyyələri sədrlərinin istefası ilə bağlı qərar qəbul etmişdi. Ankara və Bursa böyük şəhər bələdiyyələrinin sədrləri ötən həftə istefa veriblər.