Türkiyədə daha bir bələdiyyə sədri istefa verib

Türkiyədə daha bir bələdiyyə sədri istefa verib Bakı. 30 yanvar. REPORT.AZ/ Türkiyənin Çorum Bələdiyyəsinin sədri Muzaffer Külcü istefa verib.
Region
30 Yanvar , 2018 16:10
Türkiyədə daha bir bələdiyyə sədri istefa verib

Bakı. 30 yanvar. REPORT.AZ/ Türkiyənin Çorum Bələdiyyəsinin sədri Muzaffer Külcü istefa verib.

“Report” “Ahaber”ə istinadən bildirir ki, hakim Ədalət və İnkişaf Partiyasnın üzvü olan M.Külcü vəzifəsindən ayrılması barədə qərarını keçirdiyi mətbuat konfransında bəyan edib.

Məlumata görə, Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasnın sədri Rəcəb Tayyib Ərdoğan onun bələdiyyə sədrliyindən istefa verməsini istəyibmiş.  

Qeyd edək ki, M.Külcü 1971-ci ildə Çorumda doğulub. O, 2001-ci il sentyabrın 28-də R.T.Ərdoğan tərəfindən Çorum əyaləti üzrə Ədalət və İnkişaf Partiyasının qurucu sədri təyin edilmişdi. M.Külcü 2002-ci ildə bu əyalətdən millət vəkili seçilib.

Xatırladaq ki, 2017-ci ildə İstanbul, Düzcə, Ankara və Bursa böyük şəhər bələdiyyələrinin sədrləri də R.T.Ərdoğanın istəyi ilə istefa veriblər. Onların beşi də Ədalət və İnkişaf Partiyasnın üzvləridir.

Son xəbərlər

Orphus sistemi