Yuxarı

Türkiyədə daha 6 min 800 polis işdən çıxarılacaq

Onların arasında müxtəlif rütbəli zabitlər də var

Bakı. 26 avqust. REPORT.AZ/ Türkiyədə Fətullahçı Terror Təşkilatına (FETÖ) üzv olmaqda şübhəli bilinən daha 6 min 800 polis işdən çıxarılacaq.

"Report" "Haber7"yə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi işdən azad olunacaq polislərin siyahısını hazırlayıb.

Onların arasında müxtəlif rütbəli zabitlər də var.

Qeyd edək ki, iyulun 15-də FETÖ-nün dövlət çevirilişinə cəhddən sonra 2 min 360 polis işdən çıxarılmışdı.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi