Türkiyədə casusluqda şübhəli bilinən İngiltərə və Serbiya vətəndaşları tutulub

Türkiyədə casusluqda şübhəli bilinən İngiltərə və Serbiya vətəndaşları tutulub Onlar özlərini jurnalist kimi təqdim ediblər
Region
2 Fevral , 2016 14:09
Türkiyədə casusluqda şübhəli bilinən İngiltərə və Serbiya vətəndaşları tutulub

Bakı. 2 fevral. REPORT.AZ/ Türkiyənin Diyarbəkir əyalətinin Sur rayonunda casusluqda şübhəli bilinən İngiltərə və Serbiya vətəndaşları saxlanılıb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, bölgədə antirerror əməliyyatı davam edir. Xəbərdə bildirilib ki, saxlanılan şəxslər terrorçu PKK-ya yaxın adamları xilas edərək, qaçırmağa çalışıblar. Ancaq təhlükəsizlik qüvvələrinin əməkdaşları casusları tuta bilib.

İnformasiyaya əsasən, onlar özlərini jurnalist kimi təqdim ediblər.

Son xəbərlər

Orphus sistemi