Türkiyədə casusluqda şübhəli bilinən holland “diplomat” ölkəsinə qaçıb

Türkiyədə casusluqda şübhəli bilinən holland “diplomat” ölkəsinə qaçıb Krallıq bildirib ki, həmin “diplomat” İstanbulda “regional tapşırıqları yerinə yetirib”
Region
27 Mart , 2018 15:29
Türkiyədə casusluqda şübhəli bilinən holland “diplomat” ölkəsinə qaçıb

Bakı. 27 mart. REPORT.AZ/ Niderland Krallığı Türkiyədə fəaliyyət göstərən diplomatlarından birini “təhlükəsizlik tədbiri” çərçivəsində geri çağırıb.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, geri çağırılan diplomat Niderland kəşfiyyat xidməti ilə əməkdaşlıqda şübhəli bilinir. Onun Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən istintaqa çəkiləcəyindən ehtiyatlanan Hollandiya hökuməti diplomatı geri çağırıb.

Bir müddət əvvəl “Daily Sabah” qəzeti bildirmişdi ki, Türkiyədə Krallığın hərbi kəşfiyyatına casusluq etməkdə şübhəli bilinən Hollandiya vətəndaşı saxlanılıb. İstintaqın məlumatına əsasən, “diplomat” adı altında gizlənən həmin şəxs Türkiyənin terrorçu İŞİD qruplaşması ilə əlaqə saxlaması barədə şaiyə yayıb.

Krallıq bildirib ki, həmin “diplomat” İstanbulda “regional tapşırıqları yerinə yetirib”.

“Diplomat artıq evdədir. Biz təhlükəsizlik baxımından hadisənin detalları barədə məlumat vermirik”, - Niderland XİN-in sözçüsü deyib.

Türkiyə KİV-in məlumatına əsasən, həmin şübhəli Türkiyə müxalifətinin görüşlərində Niderlandın Müdafiə Nazirliyini təmsil edib. Türkiyə hökuməti bu hadisə ilə bağlı istintaqa başlayıb. 

Son xəbərlər

Orphus sistemi