​Türkiyədə bütün seçki qutuları açılıb

​Türkiyədə bütün seçki qutuları açılıb AKP birinci yerdə olsa da təkbaşına hökumət qura bilməyəcək
Region
8 İyun , 2015 10:28
​Türkiyədə bütün seçki qutuları açılıb

Bakı. 8 iyun. REPORT.AZ/ Türkiyədə keçirilən parlament seçkilərində hakim Ədalət və İnkişaf Partiyası (AKP) birinci yerdədir.

"Report" xəbər verir ki, seçki qutularının hamısı açılıb. İlkin məlumata əsasən, nəticələr belə olub:

Ədalət və İnkişaf Partiyası (AKP) 40,8% - 258 millət vəkili;

Cümhuriyyət Xalq Partiyası 25% (CXP) - 132 millət vəkili;

Milliyyətçi Hərəkat Partiyası (MHP) 16,3% - 80 millət vəkil;

Xalqların Demokratik Partiyası (HDP) 13,01% - 80 millət vəkili.

Qeyd edək ki, hakim partiya seçkinin qeyri-rəsmi nəticələrinə əsasən, birinci yerdə olsa da təkbaşına hökumət qura bilməyəcək. 

Son xəbərlər

Orphus sistemi