​Türkiyədə birgünlük matəm elan olunub

​Türkiyədə birgünlük matəm elan olunub Ölkə daxilində və Türkiyənin xaricindəki rəsmi təmsilçiliklərdə dövlət bayrağı yarıyadək endiriləcək
Region
29 İyun , 2016 15:09
​Türkiyədə birgünlük matəm elan olunub

Bakı. 29 iyun. REPORT.AZ/ İstanbulun Atatürk Hava Limanında törədilən terror aktlarına görə Türkiyədə birgünlük matəm elan olunub.

"Report" xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

İnformasiyaya görə, ölkə daxilində və Türkiyənin xaricindəki rəsmi təmsilçiliklərdə dövlət bayrağı yarıyadək endiriləcək.

Qeyd edək ki, İstanbulun Atatürk Hava Limanında törədilən terror aktları nəticəsində 41 nəfər ölüb, 239 nəfər yaralanıb. Ölən və yaralananların sayının artacağı istisna olunmur.

Son xəbərlər

Orphus sistemi