Bakı. 11 mart. REPORT.AZ/ Suriyadan Türkiyəyə qaçaq yolla keçən terrorçu PKK-nın Suriyadakı qolunun silahlısından 10 ədəd "RPG-7" tank əleyhinə qumbaranın sursatı, 30 ədəd əl qumbarası və detonator aşkarlanaraq götürülüb.
"Report" xəbər verir ki, bu haqda Türkiyənin "Milliyet" qəzeti məlumat yayıb.
Saxlanılan terrorçu ilkin ifadəsində partlayıcıları PKK-ya apardığını etiraf edib.
O, Türkiyənin Şırnak əyalətinin Cizrə rayonunda saxlanılıb.