Türkiyədə bir həftədə 54 terrorçu zərərsizləşdirilib

Türkiyədə bir həftədə 54 terrorçu zərərsizləşdirilib Türkiyə Silahlı Qüvvələri ölkənin ərazi bütövlüyünü daha əzmlə qoruyacaqlarını bildirib
Region
21 İyul , 2017 12:18
Türkiyədə bir həftədə 54 terrorçu zərərsizləşdirilib

Bakı. 21 iyul. REPORT.AZ/ Türkiyənin Hakkari, Şırnak, Diyarbəkir, Mardin, Ərzurum, Batman, Van ve Siirt bölgələrində Silahlı Qüvvələrin ötən bir həftə ərzində terrorçu PKK qruplaşmasına qarşı keçirdiyi antiterror əməliyyatı nəticəsində 54 terrorçu zərərsizləşdirilib.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

İnformasiyaya əsasən, iyulun 13-20 tarixində keçirilən anititerror əməliyyatı nəticəsində terrorçu qruplaşmanın bir sıra aparıcı fiqurları da məhv edilib. Axtarış-əməliyyat tədbirləri zamanı çoxlu sayda silah-sursat, partlayıcı maddə və qurğu aşkarlanaraq, götürülüb.

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı, PKK, YPG, PYD, İŞİD və FETÖ başda olmaqla bütün terrorçu qruplaşmalara qarşı mübarizə aparacaqlarını, ölkənin ərazi bütövlüyünü daha böyük əzmlə qoruyacaqlarını, bunun üçün bütün gücə sahib olduqlarını bildirib. 

Son xəbərlər

Orphus sistemi