Türkiyədə məhkəmə hakimi Yunanıstana qaçıb

Türkiyədə məhkəmə hakimi Yunanıstana qaçıb Sakız adasına keçən hakimin rəsmi Afinadan sığınacaq istədiyi bildirilib
Region
30 Avqust , 2016 20:18
Türkiyədə məhkəmə hakimi Yunanıstana qaçıb

Bakı. 30 avqust. REPORT.AZ/ Türkiyədə məhkəmə hakimi Yunanıstana qaçıb. İmmiqrantları daşıyan qayıqla Yunanıstanın Sakız adasına keçən hakimin rəsmi Afinadan sığınacaq istədiyi bildirilib.

"Report"un "Haber Türk"ə istinadən xəbər verir ki, adanın Sahil Təhlükəsizlik Xidmətindən əldə edilən məlumata görə, 50 yaşındakı hakim səhər yerli vaxtla saat 6:00-da altı suriyalı immiqrantı daşıyan qayıqla adanın Aya Eleni sahilinə gedib.

Hakim Sahil Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən mərkəzi ofisə gətirilib. Yunanıstanın səlahiyyətli şəxsləri hakimin ölkəyə qeyri-qanuni daxil olmaq ittihamı ilə prokurorluğa sövq edildiyini bildiriblər.

Yunanıstan mətbuatının yazdığına əsasən, hakim sığınma tələbi istədiyi üçün paytaxt Afinaya gətiriləcək.

Xatırladaq ki, Fətullahçı Terror Təşkilatının (FETÖ) bu il iyulun 15-də dövlət çevrilişinə cəhdindən sonra 2-si hərbçi olmaqla 8 nəfər Yunanıstana qaçıb.

Son xəbərlər

Orphus sistemi