​Türkiyədə bir ayda minə yaxın terrorçu zərərsizləşdirilib

​Türkiyədə bir ayda minə yaxın terrorçu zərərsizləşdirilib Ölkədən kənarda 580, ölkə içində isə 250-300-ə yaxın terrorçu yaralanıb
Region
27 Avqust , 2015 18:20
​Türkiyədə bir ayda minə yaxın terrorçu zərərsizləşdirilib

Bakı. 27 avqust. REPORT.AZ/ "İndiyədək keçirilən antiterror əməliyyatı nəticəsində 918 terrorçu zərərsizləşdirilib".

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, bu il iyulun 22-dən başlayan hava əməliyyatları nəticəsində terrorçu PKK-ya güclü zərbə endirilib.

Xəbərdə bildirilib ki, antiterror tədbirləri nəticəsində ölkədən kənarda 580, ölkə içində isə 250-300-ə yaxın terrorçu yaralanıb.

Təhlükəsizlik qüvvələrinin hesabat dövründə keçirdikləri əməliyyatlar nəticəsində 2 360 terrorçu - PKK-çı həbs edilib.

Son xəbərlər

Orphus sistemi