Bakı. 5 fevral. REPORT.AZ/ Türkiyənin Şırnak əyalətinin Cızrə rayonunda Cudi məhəlləsindəki yaşayış binalardan birində baş verən yanğın nəticəsində 9 nəfər ölüb, 25 nəfər isə yaralanıb.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Hadisə baş verən əraziyə çoxlu sayda yanğınsöndürən maşın və təcili tibbi yardım maşını cəlb olunub.
Yanğın nəticəsində ölən və yaralananların adları dəqiqələşdirilir. Yanğının başvermə səbəbləri araşdırılır.