Bakı. 20 fevral. REPORT.AZ/ Türkiyənin Diyarbəkir əyalətinin Sur rayonunda təhlükəsizlik qüvvələrinin olduğu binanın çökməsi nəticəsində şəhid olan hərbçilərin sayı 7-yə çatıb.
"Report"-un "Hürriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, dağıntılan altından 4 hərbçi xilas edilib.
Hadisənin səbəbləri araşdırılır.
*** 14.17
Bakı. 19 fevral. REPORT.AZ/ Türkiyənin Diyarbəkir əyalətinin Sur rayonunda içərisində təhlükəsizlik qüvvələrinin olduğu binanın çökməsi nəticəsində 3 nəfər hələ də dağıntılar altındadır.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Xüsusi təyinatlı dəstənin 12 üzvünün olduğu bina məlum olmayan səbəbdən çöküb, onların 9-u dağıntı altından çıxarılsa da, üçünün xilas edilməsi üçün tədbirlər görülür.