Türkiyədə bazarın damı çöküb, yaralanan var

Türkiyədə bazarın damı çöküb, yaralanan var Ağrı valisi: "Hazırda dağıntılar altında daha iki nəfərin ola biləcəyi ehtimalı var"
Region
13 Fevral , 2017 18:52
Türkiyədə bazarın damı çöküb, yaralanan var

Bakı. 13 fevral. REPORT.AZ/ Türkiyənin Ağrı vilayətində meyvə-tərəvəz bazarının damı qarın ağırlığından çöküb. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə yerinə yanğınsöndürənlər, polis əməkdaşları, səhiyyə işçiləri və xilasedicilər cəlb edilib. 

Ağrı vilayətinin valisi Musa İşın hadisə nəticəsində hələlik ölüm faktı qeydə alınmadığını, ancaq bir nəfərin yaralı halda dağıtılar altından çıxarıldığını bildirib: "Hazırda dağıntılar altında daha iki nəfərin ola biləcəyi ehtimalı var. Ona görə də hadisə yerində xilasedicilər işləyirlər". 

Son xəbərlər

Orphus sistemi