Yuxarı

Türkiyədə bayram tətilinin ilk 3 günündə avtomobil qəzalarında 35 nəfər ölüb, 155 nəfər yaralanıb

Sentyabrın 10-dan 12-dək ölkədə 45 yol nəqliyyat hadisəsi baş verib

Bakı. 13 sentyabr. REPORT.AZ/ Türkiyədə Qurban bayramı tətilinin ilk 3 günündə avtomobil qəzalarında 35 nəfər ölüb,155 nəfər isə yaralanıb.

"Report" "Haber7"yə istinadən xəbər verir ki, sentyabrın 10-dan 12-dək ölkədə 45 yol nəqliyyat hadisəsi baş verib. 

Məlumata görə, sentyabrın 10-da qeydə alınan 21 qəza nəticəsində 13 nəfər ölüb, 79 nəfər yaralanıb. Tətilin ikinci günü-sentyabrın 11-də 13 qəzada 11 nəfər həyatını itirib, 36 nəfər yaralanıb. Sentyabrın 12-də isə 11 hadisə nəticəsində 10 nəfər ölüb, 33 nəfər isə yaralanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi