Yuxarı
    Bağlamaq

    ​Türkiyədə dəhşətli faciə: yol qəzasında bir ailənin 7 üzvü ölüb

    Oğlunun toy mərasimindən qayıdan ata, həyat yoldaşı və beş övladı yol qəzasında dünyalarını dəyişiblər

    Bakı. 25 iyul. REPORT.AZ/ Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda baş vermiş ağır yol qəzası nəticəsində bir ailənin 7 üzvü dünyasını dəyişib.

    "Report" "Haberturk"ə istinadən xəbər verir ki, hadisə Şanlıurfa-Suruç yolunun 30 kilometrliyində, 50 yaşlı Ömər Kaya ailə üzvləri ilə birlikdə oğlu Halil Kayanın toy mərasimindən evinə qayıdarkən baş verib.

    Belə ki, Ömər Kayanın idarə etdiyi avtomobil qarşıdan gələn yük avtomobili ilə toqquşub. Qəza yerinə çoxlu sayda təcili yardım maşını göndərilib.

    Lakin buna baxmayaraq sürücü, həyat yoldaşı Zeliha, övladları Aişə, Bünyamin, Receb, İbrahim və Osman hadisə yerindəcə ölüblər. 

    Faktla bağlı araşdırmalara başlanılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi