Yuxarı

Türkiyədə baş vermiş yol qəzasında 12 nəfər xəsarət alıb

Hadisəyə yüksək sürətin səbəb olduğu bildirilir

Bakı. 7 oktyabr. REPORT.AZ/ Türkiyədə ağır yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə Koçaeli vilayətinin Çayırova rayonunda qeydə alınıb.

Belə ki, kiçik həcmli sərnişin avtobusunun 4 avtomobillə toqquşması nəticəsində 1-i ağır olmaqla 12 nəfər xəsarət alıb. Hadisəyə yüksək sürətin səbəb olduğu bildirilir.

Qəzanın baş verdiyini görən sakinlər dərhal polisə, təcili yardıma bu barədə məlumat veriblər. Hadisə yerinə gələn polis və xilasedicilər deformasiyaya uğramış avtomobildə sıxılıb qalmış sərnişinləri çıxarıblar.

Yaralılardan bir neçəsi xəstəxanaya yerləşdirilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi