Türkiyədə baş vermiş terror aktında 1 əsgər şəhid olub, 5-i yaralanıb

Türkiyədə baş vermiş terror aktında 1 əsgər şəhid olub, 5-i yaralanıb Bölgədə terrorçulara qarşı havadan dəstək verilən əməliyyat başlayıb
Region
2 Oktyabr , 2016 04:42
Türkiyədə baş vermiş terror aktında 1 əsgər şəhid olub, 5-i yaralanıb

Bakı. 2 oktyabr. REPORT.AZ/ Türkiyədə terror aktı baş verib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə Hakkari vilayətinin Çukurca rayonunda qeydə alınıb.

Məlumata görə, PKK terrorçuları rayonun Dağbaşı bölgəsində hərbçilərə hücum edib. Nəticədə 1 əsgər şəhid olub, 5-i yaralanıb.

Yaralı əsgərlər Hakkari Dövlət Xəstəxanasına yerləşdirilib.

Bölgədə terrorçulara qarşı havadan dəstək verilən əməliyyat başlayıb. 

Son xəbərlər

Orphus sistemi