Yuxarı

​Türkiyədə baş verən yol qəzasında 13 nəfər ölüb

Hadisə Aksaray-Adana yolunda baş verib

Bakı. 25 sentyabr. REPORT.AZ/ Türkiyənin Niğde bölgəsində yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində 13 nəfər ölüb, biri yaralanıb. 

"Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, Aksaray-Adana yolunun keçdiyi Niğdenin Bor vilayətinin Obruk kəndi yaxınlığında baş verən ağır yol qəzası nəticəsində 11 nəfər hadisə yerində dünyasını dəyişib. Xəstəxanaya çatdırılan iki yaralıya tibbi yardım göstərilsə də, onların həyatını xilas etmək mümkün olmayıb. 

Hazırda xəstəxanada bir yaralı müalicə olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi