​Türkiyədə baş nazirin müavini partiyadan xaric edilib

​Türkiyədə baş nazirin müavini partiyadan xaric edilib Məsələ ilə bağlı partiyanın Nəzarət Təftiş Komitəsi bu gün uyğun qərarı qəbul edib
Region
5 Sentyabr , 2015 14:28
​Türkiyədə baş nazirin müavini partiyadan xaric edilib

Bakı. 5 sentyabr. REPORT.AZ/ Türkiyə müvəqqəti hökuməti baş nazirinin müavini Toğrul Türkeş sədr müavini olduğu Milliyyətçi Hərəkat Partiyası (MHP) üzvülüyündən xaric edilib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, MHP-nin Nəzarət Təftiş Komitəsi bu gün uyğun qərarı qəbul edib.

Qeyd edək ki, Toğrul Türkeş MHP-nin qurucusu Alparslan Türkeşin oğludur. Onun partiya sıralarından çıxarılmasına səbəb isə baş nazir Əhməd Davudoğlunun müvəqqəti hökuməti qurmaqla bağlı təklifini qəbul etməsi göstərilir. Bir qədər əvvəl MHP Xalqların Demokratik Partiyasının təmsil olunduğu hökumətdə yer almayacağını bildirmişdi. 

Son xəbərlər

Orphus sistemi