Yuxarı

Türkiyədə "Balyoz" işinə baxan hakim barəsində həbs qətimkan tədbiri seçilib

İstanbul 10-cu Ağır Cəza Məhkəməsinin keçmiş sədri Uşak məhkəməsinin qərarı ilə həbsxanaya göndərilib

Bakı. 21 iyul. REPORT.AZ/ Türkiyədə "Balyoz" işinə baxan hakim barəsində həbs qətimkan tədbiri seçilib. 

"Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, Ömer Diken Uşak Baş Prokurorluğunun göstərişi ilə Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılıb.  

İstanbul 10-cu Ağır Cəza Məhkəməsinin keçmiş sədri Uşak məhkəməsinin qərarı ilə həbsxanaya göndərilib. 

Qeyd edək ki, “Balyoz” adlı cinayət işi çərçivəsində aralarında istefada olan ordu generalları və admiralların da olduğu çoxlu sayda istefada və fəaliyyətdə olan zabit həbs edilmişdi. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi