Yuxarı

Türkiyədə avtomobillərdə FG hərfləri olan dövlət qeydiyyat nişanları yığışdırılacaq

Buna səbəb həmin hərflərin Fətullah Gülənin adının baş hərfləri ilə eyni olmasıdır

Bakı. 22 avqust. REPORT.AZ/ Türkiyənin Baş Təhlükəsizlik İdarəsi avtomobillərdə FG hərfləri olan dövlət qeydiyyat nişanlarını yığışdıracaq.

"Report"un "Haberturk"ə istinadən verdiyi məlumata görə, buna səbəb həmin hərflərin Türkiyədə bu il iyulun 15-də baş verən dövlət çevrilişi cəhdinin təşkilində ittiham olunan Fətullah Gülənin adının baş hərfləri ilə eyni olmasıdır.

Dövlət qeydiyyat nişanlarında bu hərflərə malik avtomobillər yeni qeydiyyat nişanları ilə əvəz olunana qədər xüsusi dayanacaqlarda saxlanılacaq. Qərar həm şəxsi, həm də dövlət qulluqçularına məxsus avtomobillərə şamil edilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi