Yuxarı
    Bağlamaq

    Türkiyədə avtomobil yolunda partlayış törədilib, 2 hərbçi şəhid olub

    Terrorçular hərbçilərin avtomobillərinin keçdiyi yola döşədikləri əldəqayırma qurğunu partladıblar© Haber7

    Bakı. 15 mart. REPORT.AZ/ Türkiyənin Diyarbakır-Mardin avtomobil yolunda törədilən terror aktı nəticəsində iki hərbçi şəhid olub.

    “Report” "Haber7"yə istinadən xəbər verir ki, terrorçular hərbçilərin avtomobillərinin keçdiyi yola döşədikləri əldəqayırma qurğunu partladıblar. 

    İnformasiyaya əsasən, terrorçu PKK qruplaşması üzvləri qurğunu Mazıdağı yolayrıcında quraşdırıblar. Terror aktı nəticəsində yaralıların olduğu da bildirilib. Təhlükəsizlik qüvvələrinin bölgədə əməliyyatları davam edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi