Türkiyədə avtomobil və mikroavtobus kanala düşüb: 8 nəfər ölüb, 4 nəfər yaralanıb

Türkiyədə avtomobil və mikroavtobus kanala düşüb: 8 nəfər ölüb, 4 nəfər yaralanıb Bakı. 30 mart. REPORT.AZ/ Türkiyənin Bayburt bölgəsində avtomobil və mikroavtobusun su kanalına düşməsi nəticəsində 8 nəfər ölüb, 4 nəfər yaralanıb.
Region
30 Mart , 2018 10:33
Türkiyədə avtomobil və mikroavtobus kanala düşüb: 8 nəfər ölüb, 4 nəfər yaralanıb

Bakı. 30 mart. REPORT.AZ/ Türkiyənin Bayburt bölgəsində avtomobil və mikroavtobusun su kanalına düşməsi nəticəsində 8 nəfər ölüb, 4 nəfər yaralanıb.

"Report" TRT-yə istinadən xəbər verir ki, bunu Bayburt valisi Ali Hamza Pehlivan bildirib.

İran dövlət nömrə nişanlı maşın Bayburt-Gümüşhane avtomobil yolunun Aydıntepe yolayrıcında kanalizasiya suyu üçün nəzərdə tutulan və tikilməkdə olan kanala düşüb. Maşındakılar İran vətəndaşları olublar. 

Onun ardınca Bayburt-Trabzon marşrutu üzrə hərəkət edən mikroavtobusun da həmin yerə düşməsi nəticəsində ikinci qəza baş verib. Kanalın dərinliyi 5 metrdir. 

Hadisə nəticəsində ölənlər Türkiyə və İran vətəndaşlarıdır. 

Qəzaların baş vermə səbəbi araşdırılır. 

Son xəbərlər

Orphus sistemi