Bakı. 20 aprel. REPORT.AZ/ Türkiyənin Şanlıurfa əyalətinin Bozova rayonunda yük avtomobilinin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb, 8-i yaralanıb.
“Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə Bozova-Halfeti avtomobil yolunun İncirlik yaşayış məntəqəsindən keçən hissəsində baş verib.
Yük avtomobilindəki sərnişinlər Bozovadan Halfetiyə cehiz almağa gedirmişlər.