Türkiyədə avtobus körpüdən aşıb, 48 nəfər yaralanıb

Türkiyədə avtobus körpüdən aşıb, 48 nəfər yaralanıb Yaralılardan 3-nün vəziyyəti ağırdır
Region
19 İyun , 2017 09:43
Türkiyədə avtobus körpüdən aşıb, 48 nəfər yaralanıb

Bakı. 19 iyun. REPORT.AZ/ Türkiyənin Çorum şəhərində avtobus körpüdən aşıb. 

“Report” "Haber7"yə istinadən xəbər verir ki, hadisə Çorum-Sungurlu avtomobil yolunun 40-cı kilometrliyində baş verib.

Nəticədə sürücü də daxil olmaqla 48 nəfər yaralanıb. Yaralılardan 3-nün vəziyyəti ağırdır.

Avtobus Giresundan Ankaraya doğru hərəkət edib.

Hadisənin səbəbləri araşdırılır. 

Son xəbərlər

Orphus sistemi