Yuxarı
    Bağlamaq

    Türkiyədə avtobus aşıb, bir nəfər ölüb, 38 nəfər yaralanıb

    Hadisənin səbəbləri araşdırılır© Cnnturk.com

    Bakı. 8 may. REPORT.AZ/ Türkiyənin Çorum əyalətində avtobusun qəzaya uğraması nəticəsində bir nəfər ölüb, 38 nəfər yaralanıb.

    “Report” CNNTürk-ə istinadən xəbər verir ki, hadisə əyalətin Mecitözü rayonunun Elvan Çelebi yaşayış məntəqəsi yaxınlığında baş verib. 

    İnformasiyaya əsasən, avtobus Antalyadan Tokata doğru hərəkət edirmiş.

    Hadisənin səbəbləri araşdırılır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi