Bakı. 5 fevral. REPORT.AZ/ Türkiyənin Van əyalətində sərnişin avtobusunun aşması nəticəsində 2 nəfər ölüb, 22 nəfər yaralanıb.
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hadisə Erciş-Van avtomobil yolunun 30 km-liyində, Tasmalı ərazisində baş verib.
Qəza yerinə xilasedicilər cəlb olunublar.
Avtobus "Vangölü" turizm şirkətinə məxsusdur.