​Türkiyədə ata Ankarada terror aktı törətmiş kamikadze oğlunu tanıyıb

​Türkiyədə ata Ankarada terror aktı törətmiş kamikadze oğlunu tanıyıb Kişidən götürülən DNT nümunəsi ONUNKU ilə eyni olub
Region
24 Fevral , 2016 08:34
​Türkiyədə ata Ankarada terror aktı törətmiş kamikadze oğlunu tanıyıb

Bakı. 24 fevral. REPORT.AZ/ Fevralın 17-də Ankarada terror aktı törətmiş kamikadze Türkiyə vətəndaşı Əbubəkr Somerdir.

"Report" xəbər verir ki, KİV-də şəkili dərc olunan təqribi cinayətkarı onun atası Musa Somer tanıyıb.

Bununla yanaşı, kişinin DNT nümunəsi hadisə yerindən götürülən nümunə ilə eyni olub.

Ankaranın mərkəzində minalanmış avtomobilin partladılması nəticəsində 28 nəfər ölüb, 61 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi