Türkiyədə antiterror əməliyyat nəticəsində 3 hərbçi şəhid olub, 20-si yaralanıb

Türkiyədə antiterror əməliyyat nəticəsində 3 hərbçi şəhid olub, 20-si yaralanıb Terrorçuların zərərsizləşdirilməsi istiqamətində keçirilən əməliyyat davam edir
Region
3 Sentyabr , 2016 14:03
Türkiyədə antiterror əməliyyat nəticəsində 3 hərbçi şəhid olub, 20-si yaralanıb

Bakı. 3 sentyabr. REPORT.AZ/ Türkiyənin Hakkari əyalətinin Çukurca rayonunda təhlükəsizlik qüvvələrinin terrorçu PKK qruplaşmasına qarşı keçirdiyi əməliyyat nəticəsində 3 hərbçi şəhid oub, 20-si yaralanıb.

"Report" "Haberturk"ə istinadən xəbər verir ki, əməliyyat sentyabrın 3-də səhər saatlarında olub.

Məlumata görə, yaralı hərbçilərdən 3-nün vəziyyəti ağırdır.

Terrorçuların zərərsizləşdirilməsi istiqamətində keçirilən əməliyyat davam edir. 

Son xəbərlər

Orphus sistemi