Bakı. 6 oktyabr. REPORT.AZ/ Türkiyənin 6 vilayətində eyni vaxtda keçirilən antiterror əməliyyatı nəticəsində 22 nəfər tutulub.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, əməliyyat Ankara, İstanbul, Konya, İsparta, Van və Ağrı vilayətlərində keçirilib.
Tutulanlar arasında müəllimlər, vəzifəli şəxslər və universitet tələbələri də var.
Terrorçuluq fəaliyyətində şübhəli bilinənlər ifadə vermək üçün Ankaraya aparılıb.