​Türkiyədə anti-terror əməliyyatı zamanı 3 hərbçi ölüb, 14 nəfər yaralanıb

​Türkiyədə anti-terror əməliyyatı zamanı 3 hərbçi ölüb, 14 nəfər yaralanıb Ötən ilin iyulundan minlərlə insan silahlı münaqişənin qurbanı olub
Region
1 May , 2016 10:47
​Türkiyədə anti-terror əməliyyatı zamanı 3 hərbçi ölüb, 14 nəfər yaralanıb

Bakı. 1 May. REPORT.AZ/ Türkiyənin cənub-şərqində Kürd Fəhlə Partiyası (PKK) üzvlərinə qarşı aparılan anti-terror əməliyyatı zamanı 3 hərbçi ölüb, 14 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə bazar günü Türkiyənin Baş Qərargahı məlumat yayıb.

"Mayın 1-i Mardin əyalətinin Nüsaybin şəhərində separatçı terror təşkilatı (PKK) üzvlərinin hücumu zamanı üç hərbçimiz həyatını itirib. 14 hərbçi yaralanıb və dərhal xəstəxanaya çatdırılıb", — deyə qərargahın məlumatında bildirilir.

Ötən ilin iyul ayından minlərlə insan silahlı münaqişənin qurbanı olub.

Son xəbərlər

Orphus sistemi