Türkiyədə anti-terror əməliyyatı keçirilib, 16 nəfər tutulub

Türkiyədə anti-terror əməliyyatı keçirilib, 16 nəfər tutulub Əməliyyat İstanbulun 9 rayonunda eyni vaxtda keçirilib
Region
28 Sentyabr , 2017 10:41
Türkiyədə anti-terror əməliyyatı keçirilib, 16 nəfər tutulub

Bakı. 28 sentyabr. REPORT.AZ/ İstanbulda keçirilən anti-terror əməliyyatı nəticəsində terrorçu PKK qruplaşmasının üzvü olmaqda şübhəli bilinən 16 nəfər tutulub.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, əməliyyat İstanbulun 9 rayonunda eyni vaxtda keçirilib.

Nəticədə bir tapança, ona yaxın fişəng, terrorçu qruplaşmaya dair çoxlu sayda təbliğat materialları və s. götürülüb, 20 nəfər saxlanılıb. Daha sonra şübhəlilərdən 4-ü sərbəst buraxılıb, 16-sı tutulub. 

Son xəbərlər

Orphus sistemi