​Türkiyədə ağır yol qəzası baş verib, 6 nəfər ölüb

​Türkiyədə ağır yol qəzası baş verib, 6 nəfər ölüb Onlardan 4-ü bir ailənin üzvüdür
Region
16 İyun , 2016 11:20
​Türkiyədə ağır yol qəzası baş verib, 6 nəfər ölüb

Bakı. 16 iyun. REPORT.AZ/ Türkiyənin Çorum əyalətinin Alaca rayonunda baş verən ağır yol qəzasında biri uşaq olmaqla 6 nəfər ölüb. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, qayınatasının yas mərasiminə gedən şəxsin idarə etdiyi avtomobil TIR-la toqquşub. 

Məlumata görə, qəza nəticəsində minik avtomobilində olanların hamısı ölüb. Onların 4-ü bir ailənin üzvüdür (ata, ana, 19 və 2 yaşlı iki oğul).

Qəza nəticəsində TIR sürücüsü isə yaralanıb.

Son xəbərlər

Orphus sistemi