Yuxarı
    Bağlamaq

    Türkiyədə ağır yol qəzası baş verib: 11 ölü, 4 yaralı - VİDEO

    Erciş-Van avtomobil yolunda tələbələri daşıyan mikroavtobus yük maşını ilə toqquşub

    Bakı. 12 dekabr. REPORT.AZ/ Türkiyənin Van şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

    "Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, qəzada əksəriyyəti tələbələr olmaqla, 11 nəfər ölüb, 4 nəfər yaralanıb.

    Belə ki, Erciş rayonundan Vana hərəkət edən mikroavtobus Erciş-Van avtomobil yolunda qarşı tərəfdən gələn yük maşını ilə toqquşub.

    Yaralılar təcili tibbi yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara aparılıb.

    Hadisə ilə bağlı istintaq davam edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi