Türkiyədə ABŞ səfirliyinin atəşə tutulması ilə bağlı daha 2 nəfər həbs edilib

Türkiyədə ABŞ səfirliyinin atəşə tutulması ilə bağlı daha 2 nəfər həbs edilib Bakı. 26 avqust. REPORT.AZ/ ABŞ-ın Ankaradakı səfirliyinin binasının atəşə tutulması ilə bağlı təhqiqat çərçivəsində daha 2 nəfər həbs edilib.
Region
26 Avqust , 2018 12:36
Türkiyədə ABŞ səfirliyinin atəşə tutulması ilə bağlı daha 2 nəfər həbs edilib

Bakı. 26 avqust. REPORT.AZ/ ABŞ-ın Ankaradakı səfirliyinin binasının atəşə tutulması ilə bağlı təhqiqat çərçivəsində daha 2 nəfər həbs edilib.

"Report" xəbər verir ki, bu barədə "Hürriyyet" Türkiyənin hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Bununla da, həmin hadisə ilə bağlı saxlanılanların sayı 4 nəfərə çatıb. Bildirilir ki, şübhəlilər polis tərəfindən sorğu-sual edilir.

Hadisə bazar ertəsi günü, yerli vaxtla səhər saat 5:30-da baş verib. Atatürk bulvarına ağ rəngli avtomobillə gələn naməlum şəxslər ABŞ səfirliyinə 6 dəfə atəş açıblar. Hadisə zamanı heç kim xəsarət almayıb. 

Son xəbərlər

Orphus sistemi