Türkiyədə ABŞ-ın “Mersy Corps” təşkilatı terrorçu PKK-ya yardım etdiyi üçün fəaliyyəti dayandırılıb

Türkiyədə ABŞ-ın “Mersy Corps” təşkilatı terrorçu PKK-ya yardım etdiyi üçün fəaliyyəti dayandırılıb Kristina Bragel: “Ümid edirik ki, Türkiyə hökuməti xidmət etməyimiz üçün icazə verəcək”
Region
9 Mart , 2017 20:01
Türkiyədə ABŞ-ın “Mersy Corps” təşkilatı terrorçu PKK-ya yardım etdiyi üçün fəaliyyəti dayandırılıb
conrtesy image

Bakı. 9 mart. REPORT.AZ/ “ABŞ-ın Türkiyədə fəaliyyət göstərən Beynəlxaq “Mercy Corps” humanitar təşkilatının fəaliyyəti dayandırılıb”.

“Report” Haber7-yə istinadən xəbər verir ki, bu barədə Türkiyə hökuməti qərar qəbul edib.

ABŞ təşkilatının fəaliyyəti terrorçu PKK-nın Suriyadakı qolu PYD-yə maliyyə-iqtisadi məsələlərdə, silah qaçaqmalçılığında yardım göstərdiyi üçün dayandırılıb.

Xəbərdə vurğulanıb ki, “Mersy Corps” PYD-yə “International Medical Corps” və “Medical Relief” kimi qruplarla birlikdə yardım göstərib. Bu qruplaşmaların isə terrorçu PKK-ya silah daşımaqda və qaçaqmalçılıqda yardım etdiyi iddia olunur.

Türkiyə hökumətinə yaxın mənbələri isə təşkilatın fəaliyyətinin texniki səbəblərdən dayandırdığını deyiblər.

Təşkilatın sözçüsü Kristina Bragel bildirib ki, Türkiyədəki əməliyyatlıarının ən qısa zamanda bərpa etmək üçün ölkə rəsmiləri ilə danışıqlara başlamağa çalışacaqlar: “Ümidvarıq ki, Türkiyə hökuməti xidmət göstərmək üçün icazə verəcək”.

Humanitar məsələlərilə məşğul olduğu iddia edilən “Mersy Corps” qeyri-kommersiya təşkilatı 1979-cu ildə təsis olunub. Mərkəzi ofisi ABŞ-da yerləşir. 

Son xəbərlər

Orphus sistemi