Türkiyədə 81 polis əməkdaşı, 55 müəllim və tələbə tutulub

Türkiyədə 81 polis əməkdaşı, 55 müəllim və tələbə tutulub Onlar FETÖ ilə əlaqədə şübhəli bilinirlər
Region
26 Oktyabr , 2016 12:05
Türkiyədə 81 polis əməkdaşı, 55 müəllim və tələbə tutulub

Bakı. 26 oktyabr. REPORT.AZ/ İstanbulda "ByLock" kompüter proqramından istifadə edən 125 polisin tutulmasına qərar verilib.

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, artıq hüquq-mühafizə orqanları həmin polislərin 81-ni saxlayıb.  Məlumata görə, əməliyyat oktyabrın 26-da səhər saatlarında keçirilib.

Türkiyənin NTV telekanalının xəbərinə görə, İzmirdə və ölkənin daha 11 əyalətində FETÖ-yə qarşı xüsusi əməliyyat keçirilib və xeyli sayda adam tutulub. 

İzmirin 9 Eylül Universitetində keçirilən əməliyyat nəticəsində aralarında tələbə və professorlar olmaqla 55 şübhəli saxlanılıb.

"ByLock" proqramından Fətullahçı Terror Təşkilatına (FETÖ) üzv olanlar istifadə edirmiş.

Son xəbərlər

Orphus sistemi