Türkiyədə 731 hərbçini zəhərləməkdə şübhəli bilinən 24 nəfər tutulub

Türkiyədə 731 hərbçini zəhərləməkdə şübhəli bilinən 24 nəfər tutulub Zəhərlənən hərbçilərin 17-sinin müalicəsi hospitalda davam etdirilir
Region
19 İyun , 2017 11:45
Türkiyədə 731 hərbçini zəhərləməkdə şübhəli bilinən 24 nəfər tutulub

Bakı. 19 iyun. REPORT.AZ/ Türkiyədə yemək vasitəsilə 731 hərbçini zəhərləməkdə şübhəli bilinən 24 nəfər tutulub.

“Report” "Habertürk"ə istinadən xəbər verir ki, bunu Manisa valisi Mustafa Hakan Güvençer bildirib.

Onun sözlərinə görə, zəhərlənən hərbçilərin 17-sinin müalicəsi hospitalda davam etdirilir.

Qeyd edək ki, hadisə iyunun 18-də baş verib. Bundan əvvəl mayın 23-ü, iyunun 16 və 17-də də Manisadakı hərbi hissədə hərbçilərin yeməkdən zəhərlənməsi halları qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi