Türkiyədə 70 polisin həbs edilməsi ilə bağlı əməliyyat başlayıb

Türkiyədə 70 polisin həbs edilməsi ilə bağlı əməliyyat başlayıb FETÖ-ya qarşı əməliyyat ölkənin 5 əyalətində keçirilir
Region
29 Dekabr , 2016 19:48
Türkiyədə 70 polisin həbs edilməsi ilə bağlı əməliyyat başlayıb

Bakı. 29 dekabr. REPORT.AZ/ Türkiyənin 5 əyalətində Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli bilinən 70 polis əməkdaşı barəsində həbs qətiimkan tədbiri seçilməsi haqqında sanksiya verilib.

“Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, onlar FETÖ ilə bağlı keçirilən istintaqa cəlb ediliblər. Onların arasında polis sıralarından çıxarılanlar da var.

Ankara polisi və təhlükəsizlik orqanı onların həbs olunması istiqamətində 5 əyalətdə əməliyyata başlayıb. 

Son xəbərlər

Orphus sistemi