Yuxarı

Türkiyədə 65 min suriyalı qadın övlad dünyaya gətirib

Naziri Mehmet Müezzinoğlu: Avropanın bundan nümunə götürməsi lazımdır

Bakı. 26 oktyabr. REPORT.AZ/ "65 min suriyalı ana öz övladını Türkiyə bayrağı altında dünyaya gətirib".

"Report"un məlumatına görə, bunu Türkiyə KİV-inə açıqlamasında ölkənin səhiyyə naziri Mehmet Müezzinoğlu deyib.

O, Türkiyənin Suriyadan gələn iki milyon qaçqına hər cür tibbi xidmətin göstərildiyini bildirib: "65 min suriyalı ana Türkyə bayrağı altında övlad dünyaya gətirib. İndi Türkiyə torpaqlarında Suriyadan olan ana-ataların 65 min uşağı var. Bu körpələr bizim həkimlərimiz sayəsində, bizim xəstəxanalarda doğuldular. Peyvəndlərini etdik, onları sabaha biz hazırlayırıq. Onları öz vətəndaşlarımıza göstərdiyimiz xidmətlərin heç birindən kənar qoymadıq.

Bu, millətin anlayış gücüdür. Avropanın bundan nümunə götürməsi lazımdır".  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi