​Türkiyədə 64 hakim və prokuror həbs edilib

​Türkiyədə 64 hakim və prokuror həbs edilib Onlara qarşı terror təşkilatına üzvlük, zorakılıq yolu ilə Türkiyə Cümhuriyyətini devirməyə cəhd ittihamları irəli sürülüb
Region
23 İyul , 2016 01:47
​Türkiyədə 64 hakim və prokuror həbs edilib

Bakı. 23 iyul. REPORT.AZ/ Türkiyənin Anadolu Cümhuriyyət Prokurorluğu tərəfindən dövlət çevrilişinə cəhdlə bağlı aparılmış istintaq zamanı şübhəli bilinən 102 hakim və prokurordan 64-ü həbs edilib.

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, Anadolu Cümhuriyyəti Prokurorluğunun Qaçaqçılıq, İqtisadi Cinayətlər İstintaq Bürosu tərəgindən dövlət çevrilişinə cəhdlə bağlı aparılmış istintaq zamanı Anadolu Ədalət Sarayının 110 hakimindən 102-i şübhəli sorğu-suala cəlb edilib.

Aparılmış istintaq əməliyyatları nəticəsində 102 hakim və prokurordan 64-ü silahlı terror təşkilatına üzvlük, zorakılıq yolu ilə Türkiyə Cümhuriyyətini devirməyə cəhd ittihamları ilə həbs edilib.

Son xəbərlər

Orphus sistemi