Yuxarı

Türkiyədə 626 təhsil müəssisəsi bağlanacaq

Onlardan 524-ü özəl məktəbdir

Bakı. 20 iyul. REPORT.AZ/ Türkiyə Milli Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən 626 təhsil müəssisəsi bağlanacaq. 

"Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, onlardan 524-ü özəl məktəbdir. 

Nazirlik həmin təhsil müəssisələrini ölkənin konstitusion quruluşuna qarşı çıxmaqda ittiham edir və qapadılmaları istiqamətində araşdırmalara başlayıb. 

Qeyd edək ki, Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdi ilə bağlı təhsil sistemində çalışan 42 738 nəfər vəzifəsindən uzaqlaşdırılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi